[b]Yığmamız Latviyaya yollandı[/b]
19.10.2015 - 10:57
[b]Yığmamız Latviyaya yollandı[/b]

Oktyabrın 22-də Latviyanın Dauqavpils şəhərində gənc taekvondoçular arasında Avropa birinciliyi start götürəcək. Apasport.az saytının məlumatına görə, 4 gün davam edəcək yarışda Azərbaycan millisi də iştirak edəcək.

 

Komandamızın baş məşqçisi Məmməd Abdullayev birincilikdə 19 idmançımızı yoxlayacaq. O, oğlanların mübarizəsində İlham Əliyev (45 kq), Qaşım Maqomedov (48 kq), Cavid Məmmədov (51 kq), Fuzam Mehtiyev (55 kq), Zəlimxan Rəşidov (59 kq), Kamil Abdulrazakov (63 kq), Əliəskər Əliyev (68 kq), Mert Çiçek (73 kq), Həsən Məmmədov (78 kq) və Orxan Tağızadəyə (+78 kq), qızların yarışında Röya Hacıyeva (42 kq), Zarema Şamxalova (44 kq), İlayda Kardelen Ciftci (46 kq), Ceren Özbek (49 kq), Şəms Həsənova (52 kq), Gülhanım Yeşildal (55 kq), Gülsüm Gültekin (59 kq), Jalə Əsədli (68 kq) və Daria Şkurkoya (+68 kq) gücənəcək.

 

Qeyd edək ki, artıq səfərə yollanan millimiz oktyabrın 26-da vətənə dönəcək.  

0