21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində sabah növbəti oyunlar keçiriləcək. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin yer aldığı 5-ci qrupda üç qarşılaşma baş tutacaq.
Yığmamız səfərdə İrlandiya ilə qarşılaşacaq. Bu, millimizin yeni baş məşqçi Rəşad Sadıqovun rəhbərliyi altında ikinci seçmə oyunu olacaq. İlk ciddi sınağını martın 22-də Kosovo ilə səfər görüşündə verən Sadıqovun komandası 0:2 hesablı məğlubiyyətə düçar olub.
Sabahkı oyun İrlandiyanın Dublin şəhərindəki “Tallaqt” stadionunda baş tutacaq. Bu, gənclər millimizin seçmə mərhələdə 7-ci görüşü olacaq. Əvvəlki 6 oyunda qələbə üzü görməyən və turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan komandamız xal hesabını artırmağa çalışacaq. Ancaq 10 xalla ikinci yeri bölüşən İrlandiyanın da liderliyə iddia etdiyini unutmayaq.
U-21 millimizin seçmə mərhələdə ilk qalibiyyətini əldə etməsi o qədər də inandırıcı görünmür. Futbolçularımız ən azı Rəşad Sadıqovun rəhbərliyi altında ilk xalı qazanmağa cəhd etməlidilər.
Qeyd edək ki, qrupumuzun digər oyunlarında Kosovo Almaniyanı, İsrail isə Norveçi qəbul edəcək. Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.
AVRO-2019-un seçmə mərhələsi
5-ci qrup
27 mart
22:30. İrlandiya – Azərbaycan
Baş hakim: Filip Qlova
Baş hakimin köməkçiləri: Peter Kovaç, Yan Pozor
Dördüncü hakim: Pavol Çmura (hamısı Slovakiya)
Dublin. “Tallaqt” stadionu
|
1. |
Almaniya |
6 |
5 |
0 |
1 |
23-6 |
15 |
|
2. |
Kosovo |
7 |
3 |
1 |
3 |
8-8 |
10 |
|
3. |
İrlandiya |
5 |
3 |
1 |
1 |
9-3 |
10 |
|
4. |
Norveç |
6 |
2 |
2 |
2 |
7-8 |
8 |
|
5. |
İsrail |
6 |
2 |
1 |
3 |
9-13 |
7 |
|
6. |
Azərbaycan |
6 |
0 |
1 |
5 |
3-21 |
1 |