[b]Yığmamız Premyer Liqa klubu ilə qarşılaşacaq[/b]
28.07.2017 - 18:14
İyulun 25-dən təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoxlama oyunu keçirəcək. Apasport.az saytının məlumatına görə, Bakıda hazırlıq keçən millimiz Premyer Liqa təmsilçisi “Kəpəz”lə görüşəcək.
Yeni mövsümə hazırlığın son hissəsini paytaxtda gerçəkləşdirən Gəncə təmsilçisi ilə yığma arasında qarşılaşma avqustun 3-də baş tutacaq. “Dalğa Arena”da keçiriləcək görüş saat 18:00-da başlayacaq.
Qeyd edək ki, yığmanın hazırlığı avqustun 6-dək davam edəcək.
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
- “Messi ilə şəkil də çəkdirə bilmədik” – Benin millisindən narazılıq
- “Liverpul” və “Roma”nın sabiq futbolçusu karyerasını başa vurdu
- Kofane “Bayer”lə danışıqları dayandırdı
0
0