[b]Azərbaycan yığması qeyri-adi halla üz-üzə [/b]
27.10.2014 - 10:10
[b]Azərbaycan yığması qeyri-adi halla üz-üzə [/b]

17 yaşadək futbolçulardan ibarət millimiz Avropa çempionatının seçmə mərhələsində qeyri-adi halla üzləşə bilər. Apasport.az saytının məlumatına görə, komandamızın mini-turniri penaltilər seriyası ilə bitirməsi mümkündü.

 

Belə ki, Belçikada keçirilən seçmə mərhələnin ilk iki turundan sonra Azərbaycanla Bosniya və Herseqovina milliləri eyni göstəricilərə malikdi. Hər iki komanda 1 qələbə və 1 məğlubiyyətlə başa vurduğu ilk 2 qarşılaşmada 2 dəfə rəqiblərini məyus edib, 4 top buraxıb.

 

Mirbağır İsayevin yetirmələri Belçikaya 0:3 hesabı ilə uduzub, İsveçrəni 2:1 hesabı ilə məğlub edib. Balkanlılar isə meydan sahiblərinə 1:4 yenilməzdən əvvəl autsayderi 1:0 hesabı ilə məğlub etmişdi.

 

Sabah keçiriləcək son turda komandamız bosniyalılarla üz-üzə gələcək. Qarşılaşma heç-heçə bitəcəyi halda, 2-ci yerin taleyi sual altında qalacaq. Çünki Belçikanın 1-ci yeri təmin etdiyi qrupun ikinciliyinin iddiaçıları eyni xal, eyni top fərqinə malik olub, elə eyni sayda da qol vurmuş olacaq.

 

Qrup ikinciliyinin mərhələ adlamaq baxımından əhəmiyyətli olması məsələnin necə həll olunmasına marağı artırır. Bunun həlli isə yarışın əsasnaməsində də öz əksini tapıb.

 

UEFA-nın mövcud qaydalarına əsasən iki komanda eyni xal, top fərqi və vurulan qollara malikdirsə, son turda bir-birilə qarşılaşırsa və oyun heç-heçə bitirsə, görüşün ardından penaltilər seriyası yerinə yetirilir. Seriyada qalib gələn isə 2-ci olur.

 

Bu addım ona görə atılır ki, vərəqlər üzrə cəzalar, hətta püşkə olan ehtimal aradan qaldırılsın. Belə hala çox nadir hallarda təsadüf olunur ki, millimiz növbəti, özünün ilk belə seriyası ilə üzləşməyin 1 addımlığındadır.

 

X qrup

1

Belçika

2

2

0

0

7-1

6

2

Azərbaycan

2

1

0

1

2-4

3

3

Bosniya və Herseqovina

2

1

0

1

2-4

3

4

İsveçrə

2

0

0

2

1-3

0

 

28 oktyabr

 

22:00. İsveçrə - Belçika

22:00. Bosniya və Herseqovina – Azərbaycan