[b]Yığmamız Türkiyə, Yunanıstan və Gürcüstanla qarşılaşacaq[/b]
03.04.2018 - 16:18
[b]Yığmamız Türkiyə, Yunanıstan və Gürcüstanla qarşılaşacaq[/b]

16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Türkiyənin Antalya şəhərində keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək. Apasport.az saytı xəbər verir ki, yarış aprelin 22-dən 28-dək baş tutacaq.

 

Yeni baş məşqçi Azər Məmmədov yetirmələrinə hazırlıq məqsədilə aprelin 15-dən-21-dək Bakıda təlim-məşq toplanışı keçəcək.

 

Komandamız turnirdə Türkiyə, Gürcüstan və Yunanıstanın müvafiq yaş qrupundan ibarət yığmaları ilə qarşılaşacaq. İlk olaraq aprelin 23-də Yunanıstanla (Bakı vaxtı ilə 16:00) üz-üzə gələcək millimiz iki gündən sonra meydan sahibi Türkiyə (18:00), aprelin 27-də isə Gürcüstanla (15:00) matçda qüvvəsini sınayacaq.

 

Mənbə: affa.az