[b]Yığmamız turniri böyükhesablı məğlubiyyətlə bitirdi[/b]
                    
                    27.04.2018 - 22:00
                        
                    2003-cü il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması Antalyada təşkil olunan UEFA İnkişaf turnirində son oyununu keçirib. Apasport.az saytının məlumatına görə, millimiz Türkiyədən olan həmyaşıdları ilə qarşılaşıb.
Görüş meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə nəticələnib. Yığmamızın heyətində Bəhruz Tanırverdiyev 34-cü, Siyadi Baxşəliyev isə 37-ci dəqiqədə qırmızı vərəqə alıb.
Qeyd edək ki, U-15 yığmamız ilk iki turda Gürcüstana (1:2) məğlub olub, Türkiyənin U-14 komandası ilə (1:1) bərabərə qalmışdı. Komandamız qrupu 1 xalla başa vurub.
                                
                                0
                                
                                0
                            
                            
                            
                         
             
             
                     
                     
                                             
                                             
                                            