[b]Yığmamız yanvarı gözləyir[/b]
20.11.2014 - 14:30
[b]Yığmamız yanvarı gözləyir[/b]

2017-ci ildə keçiriləcək 21 yaşadək futbolçular arasında Avropa çempionatının həlledici oyunlarını qəbul edəcək ölkə gələn il müəyyənləşəcək. Apasport.az saytının məlumatına görə, yarışla bağlı qərarı UEFA-nın İcraiyyə Komitəsinin yanvarda baş tutacaq iclası verəcək.

 

Seçmə mərhələsində Azərbaycan milli komandasının mübarizə aparacağı çempionatın püşkatması da təşkilatçı bəlli olandan sonra atılacaq. Yarışın tarixində ilk dəfə final mərhələsində 12 komanda çıxış edəcək.

 

Yarışı qəbul etməyə əsas namizəd isə Polşa sayılır. Avropa çempionatını qəbul etmək təcrübəsi olan bu ölkə indi də U-21-lərin mübarizəsinə ev sahibliyi iddiasındadı.

 

Qeyd edək ki, artıq final mərhələsinin 8 iştirakçısının müəyyənləşdiyi AVRO-2015 Çexiyada keçiriləcək.