[b]Yığmamızdan növbəti qələbə[/b]
24.12.2017 - 15:19
[b]Yığmamızdan növbəti qələbə[/b]

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində 17 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı davam edir. Apasport.az saytının məlumatına görə, komandamız toplanış çərçivəsində yoxlama oyunu keçirib.

 

BƏƏ-nin müvafiq yaş qrupuna aid komandası ilə qarşılaşan yığmamız 3:0 hesabı ilə qələbə qazanıb.

 

Qolları Anna Abulaşvili, Nigar Mirzəliyeva və Umnisə Əliyeva vurub.

 

Qeyd edək ki, bu komandalar arasındakı ilk oyunda da komandamız qalib gəlmişdi – 2:0.