[b]Yığmamızın Almaniyadakı oyunlarının təqvimi dəqiqləşdi[/b]
22.12.2017 - 12:29
17 yaşadək qızlar arasında Avropa çempionatının elit-raundunun təqvimi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, VII qrupda mübarizə aparacaq Azərbaycan yığmasının oyunlarının vaxtı bəlli olub.
Komandamız mərhələyə 2018-ci il martın 22-də start verəcək. Yığmamızın ilk rəqibi Almaniya olacaq. Millimiz ayın 25-də İrlandiya, 28-də İslandiya ilə üz-üzə gələcək.
Qeyd edək ki, VII qrupun görüşləri Almaniyada baş tutacaq.
0
0