Makedoniya millisi ilə bu gün keçiriləcək yoxlama oyunu Azərbaycan yığmasının tarixində Antalyada baş tutacaq 4-cü sınaq olacaq. Apasport.az saytının məlumatına görə, komandamız indiyədək üç dəfə bu şəhərdən neytral meydan kimi istifadə edib.
İlk belə matç 2008-ci il fevralın 3-də baş tutub. Yığmamız Qazaxıstanla üz-üzə gəlib və meydanı qolsuz sülhlə tərk edib.
2016-cı il martın 26-da eyni rəqiblər yenidən Antalyada görüşüb. Bu dəfə komandamız qonşu ölkədən başıaşağı dönüb – 0:1.
Millimizin Antalyada keçirdiyi hələlik sonuncu oyun isə bu il yanvarın 30-da baş tutub. Qurban Qurbanovun yığmanın baş məşqçi postundakı debütündə rəqib Moldova olub.
Bu şəhərdə qol həsrətinə mübtəla olan yığmamız 3-cü sınağında da rəqib qapısına yol tapa bilməyib. Qarşılaşma qolsuz bərabərliklə nəticələnib.
Bir sözlə, Antalyada keçirdiyi 3 oyunun heç birində qol vura bilməyən yığmamız iki dəfə heç-heçə edib və bir qarşılaşmada uduzub. Bu matçlarda vurulan yeganə qola isə Qazaxıstan imza atıb.