Sabah 19 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının elit-raundunun III qrupunda oyunlara start veriləcək. Apasport.az saytının məlumatına görə, final mərhələsinə yeganə vəsiqə iddiaçıları Finlandiyada mübarizə aparacaq.
Azərbaycan yığması ilk turda Fransa, 3 gün sonra Fransa, son turda meydan sahibləri ilə görüşəcək. Millimiz ilk iki matçını Lahtidə, son turu Vantaada keçirəcək.
Vüqar Əsgərlinin baş məşqçisi olduğu komanda turnirin favoritlərindən hesab olunmur. Bu üzdən də komandamız mümkün qədər yüksək nəticə göstərməyə çalışacaq. İddialı rəqiblərdən xal almaq, ən azı qrup sonuncusu olmamaq üçün mübarizə aparacaq. Türkiyə, Almaniya və Gürcüstandan legionerləri milliləşdirən yığmamız gücləndirilmiş heyətlə autsayder olmadığını sübut etməlidi.
19 yaşadək qızlar arasında Avropa çempionatı
Elit-raund, III qrup
I tur, 4 aprel
13:30. Fransa – Azərbaycan
Lahti. “Kisapuisto” stadionu
19:30. Finlandiya - Belçika
Lahti. “Kisapuisto” stadionu
II tur, 7 aprel
13:30. Belçika – Azərbaycan Lahti. “Kisapuisto” stadionu
19:30. Fransa – Finlandiya
Lahti. “Kisapuisto” stadionu
III tur, 10 aprel
19:30. Azərbaycan – Finlandiya
Vantaa (Finlandiya). İSS stadionu
19:30. Belçika – Fransa
Lahti. “Kisapuisto” stadionu