[b]Yığmamızın futbolçusu Gürcüstanda “siftə” etdi[/b]
05.04.2018 - 10:19
[b]Yığmamızın futbolçusu Gürcüstanda “siftə” etdi[/b]

U-21 millimizin futbolçusu Fərid Nəbiyev “Şevardani”də növbəti matçına çıxıb. Apasport.az saytının xəbərinə görə, sözügedən klub Gürcüstan I Liqasının V turunda “Merani”ni qəbul edib.

 

Yığmamızın üzvünün şərəfini qoruduğu kollektiv görüşdən qələbə ilə ayrılıb – 2:1. 90 dəqiqə meydanda olan Nəbiyev komandasının birinci qolunun müəllifi olub. Bu, Fəridin qonşu ölkə təmsilçisinin heyətində ilk qolu kimi yadda qalıb.

 

Qeyd edək ki, 7 xallı “Şevardani” turnir cədvəlinin 5-ci sırasında yer alıb.