“Kasımpaşa” hələ də mənim xidmətimdə maraqlıdı. Hazırda danışıqlar davam edir”. Bu sözləri apasport.az saytına “İnter”in yarımmüdafiəçisi Coşqun Diniyev deyib.
Milli komandamıza da çağırılan gənc futbolçu gələn mövsümdən karyerasını Türkiyə Superliqasında davam etdirə bilər. Tanınmış mütəxəssis Şahin Diniyevin oğlu bu məsələyə mövsümün sonunda baxılacağını bildirib: “Kasımpaşa” o vaxta qədər məni izləməkdə davam edəcək. Çalışacam oyunları yüksək səviyyədə keçirim ki, mövsümün sonunda bu keçid baş tutsun. Şəxsən mən getməyi çox arzulayıram. Amma bu, təkcə məndən asılı deyil. Çünki “İnter”lə ilin sonuna qədər müqaviləm var. Mayda klubla oturub danışacağıq. Bu işlərlə atam məşğul olur. Düzü, mənim çox şeydən xəbərim yoxdu. Mənə deyib ki, başını aşağı sal, öz oyununa diqqət yetir”.
Qeyd edək ki, “Kasımpaşa” cari mövsümün əvvəlində də Coşqun Diniyevlə maraqlanmış, lakin həmin vaxt danışıqlar müsbət nəticələnməmişdi. 20 yaşlı futbolçu yığmamızın baş məşqçisi Robert Prosineçkinin də sevimli oyunçularındandı.
Ruslan SADIQOV