[b]Yığmamızın heyəti açıqlandı [/b]
28.03.2017 - 10:52
[b]Yığmamızın heyəti açıqlandı [/b]

Futzal üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, yığmamızın Moldova ilə yoxlama oyunlarında çıxış edəcək futzalçılar müəyyənləşib.

 

Baş məşqçi Biro Jade bu görüşlərə 15 oyunçu çağırıb: Rövşən Hüseynli, Elnur Zamanov, Anar Məmmədov, Faiq Əliyev, Fərid Atakişiyev, Xətai Bağırov, Everton Kardosa, Fineo de Araujo, Rizvan Fərzəliyev, Namiq Məmmədkərimov, Eduardo Mello Borges, Villiams Oliveira Do Nascimento, Tyaqo Teles Martins, İsa Atayev, Oqtay Rüstəmli.

 

Qeyd edək ki, martın 29-da və 30-da keçiriləcək Azərbaycan – Moldova oyunları  Bakı İdman Sarayında baş tutacaq. Hər iki matç saat 18:30-da başlayacaq.