[b]Yığmamızın hücumçusunun Bakıdan çıxmasına icazə verilmədi[/b]
10.06.2015 - 10:06
[b]Yığmamızın hücumçusunun Bakıdan çıxmasına icazə verilmədi[/b]

Avro-2017-nin seçmə mərhələsi çərçivəsində Farer adaları ilə qarşılaşacaq 21 yaşadək futbolçulardan ibarət yığmamız təlim-məşq toplanışı üçün Danimarkaya yollanıb. Apasport.az saytının məlumatına görə, komandamız səfərə heç də tam heyətlə gedə bilməyib.

 

Bu gün səhər saatlarında Bakı-İstanbul-Kopenhagen reysi ilə hərəkət edən komandamızda bir futbolçu heyətdən kənarlaşdırılıb.

 

Söhbət hücumçu Orxan Əliyevdən gedir. Heyətdə yer almasına baxmayaraq, gənc futbolçu aeroportda pasport yoxlamasından uğurla keçə bilməyib. Nəticədə komandadan fərqli, Bakıda qalıb. Onun hansı səbəbdən ölkə xaricinə çıxa bilmədiyi barədə məlumat verilməyib.

 

Qeyd edək ki, iyunun 10-16-sı aralığı Kopenhagendə hazırlıq keçəcək U-21 yığmamız ayın 17-də Farer adaları ilə qarşılaşacaq.