[b]Yığmamızın Millətlər Liqasındakı rəqibinin yeni baş məşqçisi müəyyənləşdi[/b]
03.05.2018 - 10:41
[b]Yığmamızın Millətlər Liqasındakı rəqibinin yeni baş məşqçisi müəyyənləşdi[/b]

Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı rəqibi olan Malta yığmasının yeni baş məşqçisi müəyyənləşib. Apasport.az xəbər verir ki, bu barədə məlumatı Malta Futbol Federasiyasının (MFF) rəsmi saytı yayıb.

 

Bildirilir ki, aprelin 25-də istefaya göndərilən Tom Saintfieti kimin əvəzləyəcəyi bilinib. Komanda yerli mütəxəssis Ray Farruciyaya tapşırılıb. Bu qərar MFF-nin İcraiyyə Komitəsinin iclasında qəbul olunub.

 

Farruciya yeni baş məşqçi kimi ilk açıqlamasını verib: “Mənə bu etimad göstərildiyi üçün qürur duyuram. Ölkənin bir nömrəli yığmasını çalışdırmaq həyatım boyu ən böyük arzum olub. Komandanı irəli aparmaq üçün əlimdən gələni edəcəm. Necə məsuliyyətli işə girdiyimi yaxşı dərk edirəm”.

 

Malta Futbol Federasiyasının prezidenti Darmanin Demayo isə indiki vəziyyətdə ən düzgün addımın millini yerli baş məşqçiyə həvalə etmək olduğunu vurğulayıb.

 

Əvvəllər Maltanın U-21 yığmasına rəhbərlik etmiş Ray Farruciya 2014-cü ildən bəri əsas millidə köməkçi məşqçi kimi fəaliyyət göstərib.

 

Qeyd edək ki, yığmamız UEFA Millətlər Liqasında Malta ilə ilk oyununu sentyabrın 10-da səfərdə keçirəcək.