[b]Yığmamızın oyunu FİFA referilərinə tapşırıldı[/b]
06.04.2018 - 14:26
Bakıda keçiriləcək Türk Şurası Universitet İdman Oyunları çərçivəsində keçiriləcək Azərbaycan - Türkiyə oyununu idarə edəcək hakimlərin adları açıqlanıb. Apasport.az Futzal Federasiyasının feysbuk səhifəsinə istinadən məlumat verir ki, qarşılaşma FİFA referilərinə tapşırılıb.
Belə ki, oyunu Elçin Səmədli, Yusif Nurullayev, Ramil Namazovdan ibarət briqada idarə edəcək.
Qeyd edək ki, qarşılaşma aprelin 7-də, saat 14:00-da Azərbaycan Texniki Universitetin idman zalında keçiriləcək.
0
0