[b]Yığmamızın qatıldığı turnirdə qeyri-adi hesab[/b]
13.03.2015 - 09:32
[b]Yığmamızın qatıldığı turnirdə qeyri-adi hesab[/b]

21 yaşadək qızlardan ibarət Azərbaycan millisinin də qatıldığı beynəlxalq Afrodita kubokunda I tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, Kiprin Geroskipu şəhərində təşkil olunan yarışın ilk oyun günündə 4 qarşılaşma baş tutub.

 

Millimizin Maltaya 1:2 hesabı ilə uduzduğu B qrupunun digər oyununda meydan sahibləri Bəhreyni məğlub edib – 1:0.

 

A qrupunun qarşılaşmaları isə daha məhsuldar keçib. Belə ki, təkcə Yunanıstan – Livan görüşündə 14 qol vurulub – 14:0. Latviya isə BƏƏ üzərində qələbə qazanıb – 2:0.

 

Qeyd edək ki, turnirin II turunun oyunları bu gün keçiriləcək.