DÇ-2018-in seçmə mərhələsində millimizin rəqiblərindən olan Almaniya yığmasının 2016-cı ildə sonuncu görüşünü hansı komandaya qarşı keçirəcəyi bəlli olub. Apasport.az saytı xəbər verir ki, Bundestimin cari ildəki son rəqibi İtaliya olacaq.
Tərəflər noyabrın 15-də üz-üzə gələcəklər. Milanda baş tutacaq yoldaşlıq görüşü “San Siro” stadionunda keçiriləcək.
Əvvəlcə dünya çempionatının seçmə mərhələsi çərçivəsində noyabrın 11-də San-Marinonun qonağı olacaq almanlar 4 gün sonra “Skuadra Adzurra” ilə sınağa çıxacaqlar.
Qeyd edək ki, Almaniya və İtaliya milliləri 2016-cı ildə artıq 2 dəfə üz-üzə gəliblər. Martın 29-da baş tutmuş yoldaşlıq görüşündə Almaniya 4:1 hesablı qələbə qazandığı halda, AÇ-2016-nın ¼ final görüşündə Bundestim rəqibini penaltilər seriyasında üstələyib – 6:5.