Azərbaycan milli komandasının AVRO-2018-in final mərhələsində rəqibi olan futzal üzrə İspaniya yığmasının yekun heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Xose Venansio Lopes yanvarın 30-da start götürəcək yarışın hazırlıqlarına 15 futzalçı ilə davam edəcək.
D qrupunda Azərbaycan və Fransa ilə qarşılaşacaq pireneylilər Sloveniyadakı turnir üçün yekun heyəti artıq UEFA-ya təqdim ediblər. 10 oyunçudan imtina edən Lopesin siyahısında 3 qapıçı, 3 müdafiəçi və 9 hücumçu yer alıb.
Qeyd edək ki, qrup mərhələsinin son turunda keçiriləcək İspaniya - Azərbaycan oyunu fevralın 4-də baş tutacaq.
Qapıçılar: Xesus Errero, Pako Sedano, Karlos Barron
Müdafiəçilər: Rafael Qarsiya Bebe, Mark Tolro, Karlos Ortis
Hücumçular: Adrian Alonso “Pola”, Adolfo Fernandes, Xoselito Fernandes, Serxio Lozano, Migel Sayaqo “Migelin”, Anxel Velasko “Lin”, Fransisko Xavyer Solano, Aleks Yepes, Rafa Usin
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
- Messi İspaniyada daha bir klub aldı – “Eldense”nin sahibi oldu