[b]Yığmamızın rəqibindən 6 oyunluq seriya[/b]
07.11.2016 - 18:44
[b]Yığmamızın rəqibindən 6 oyunluq seriya[/b]

Noyabrın 11-də Azərbaycan millisi ilə qarşılaşacaq Şimali İrlandiya yığması uğurlu seriyası ilə diqqət çəkir. Apasport.az saytının məlumatına görə, komandamızın DÇ-2018-in seçmə mərhələsindəki növbəti rəqibi ardıcıl 6 ev oyununda uduzmur.

 

Belfastda keçiriləcək matçda seçmə oyunlardakı bu seriyanı 7-yə çatdırmağa iddialı olan meydan sahibləri son görüşlərdə 4 qələbə qazanıb və 2 heç-heçə edib. Sonuncu dəfə 2013-cü il sentyabrın 6-da Portuqaliyaya 0:3 hesabı ilə uduzan britaniyalılar DÇ-2014-ün seçmə mərhələsindən sonra uduzmur.

 

AÇ-2016-ya gedən yolda Farer adalarını 2:0, Finlandiyanı 2:1, Yunanıstanı 3:1 hesabı ilə udan rəqibimiz Rumıniya ilə 0:0, Macarıstanla 1:1 hesablı heç-heçə edib. Rəqibimiz DÇ-2018-in ilk ev oyununda isə San-Marinonun qapısından 4 cavabsız qol keçirib.