[b]Yığmamızın rəqibindən darmadağın[/b]
08.06.2015 - 08:06
[b]Yığmamızın rəqibindən darmadağın[/b]

Milli komandaların iştirakı ilə yoldaşlıq oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının Serbiyaya 1:4 hesabı ilə uduzduğu günün ən maraqlı qarşılaşması Fransa ilə Belçika arasında keçirilib.

 

7 qolun vurulduğu görüşdə belçikalılar qalib gəlib. Oyunun böyük hissəsində 3 top geridə olan fransalılar yalnız son dəqiqələrdə fərqi minimuma endirib.

 

AVRO-2016-nın seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Xorvatiya yığması da 4 qol vurub. Balkanlılar Cəbəllütariqi darmadağın edib – 4:0.

 

Yoldaşlıq oyunları

İslandiya – İngiltərə - 0:0

Rusiya – Belarus – 4:2

Xorvatiya – Cəbəllütariq – 4:0

Fransa – Belçika – 3:4

Braziliya – Meksika – 2:0

Dominikan Respublikası – Haiti – 1:0

Mavritaniya – Seneqal – 1:0