DÇ-2018: Püşkün vaxtı dəqiqləşdi
10.10.2014 - 21:30
2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatının seçmə mərhələsinin püşkatma mərasiminin vaxtı bəlli olub. Apasport.az saytının məlumatına görə, tədbir 2015-ci il iyulun 25-də baş tutacaq.
Mərasim Sankt-Peterburq şəhərindəki Konstantin sarayında reallaşacaq.
Beləliklə, milli komandamız DÇ-2018-in seçmə mərhələsində öz rəqiblərini gələn il tanıyacaq.
Qeyd edək ki, DÇ-2018-in bütün oyunları Rusiyanın 12 şəhərində keçiriləcək.
0
0