[b]Yığmamızın rəqibləri müəyyənləşdi[/b]
16.05.2016 - 17:21
Mayın 25-dən iyunun 5-dək Sloveniyada təlim-məşq toplanışı keçirəcək 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının rəqibləri müəyyənləşib. Apasport.az saytı xəbər verir ki, U-21 komandamız hazırlıq prosesi dövründə 3 yoldaşlıq oyunu keçirəcək.
Yaşar Vahabzadə mayın 28-də və 31-də Sloveniyanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşmada yetirmələrini sınayacaq. Sloveniyada sonuncu oyununu iyunun 3-də keçirəcək U-21 yığmamız Bosniya və Herseqovinadan olan həmyaşıdları ilə qarşılaşacaq.
Hər 3 oyun Bakı vaxtı ilə saat 18.00-da başlayacaq.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0