Bosniya və Herseqovinada təşkil olunan UEFA İnkişaf turnirində ikinci tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Xorvatiyaya 0:1 hesabı ilə uduzduğu turun digər görüşündə meydan sahibləri və Makedoniya qarşılaşıb.
Balkanlıların duelində qol vurulmayıb – 0:0. Komandalar yarışın əsasnaməsinə görə penaltilər seriyasında qüvvələrini sınayıb. Daha dəqiq olan makedoniyalılar qalib gəlib – 2:1.
Futbolçularımız son matçına aprelin 15-də çıxacaqlar. Həmin gün rəqibimiz hər iki matçı penaltilərlə uduzan ev sahibləri olacaq. Xorvatiya və Makedoniya arasında matçda turnirin qalibi müəyyənləşəcək. Bu komandalar hərəyə 1 dəfə əsas vaxtda, 1 dəfə də penaltilər seriyasında qalib gəlib.
1 |
Makedoniya |
2 |
1 |
1 |
0 |
2-0 |
5 |
2 |
Xorvatiya |
2 |
1 |
1 |
0 |
2-1 |
5 |
3 |
Bosniya və Herseqovina |
2 |
0 |
2 |
0 |
1-1 |
2 |
4 |
Azərbaycan |
2 |
0 |
0 |
1 |
0-3 |
0 |