[b]Yığmamızın üzvü Türkiyəyə qayıdır[/b]
30.03.2018 - 10:47
[b]Yığmamızın üzvü Türkiyəyə qayıdır[/b]

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvü Ozan Can Kökcü yenidən Türkiyəyə qayıdacaq. Apasport.az saytı xəbər verir ki, bu barədə məlumatı Hollandiya mətbuatı yayıb.

 

Bildirilir ki, Hollandiyanın “Valveyk” klubu mövsümün sonunda heyətində ciddi dəyişikliklərə əl atacaq. Əksər oyunçular kimi, Kökcü ilə bağlı da qərar verilib. I divizion təmsilçisi ilin əvvəlində “Bursaspor”dan icarəyə götürdüyü 20 yaşlı hücumameylli futbolçunu saxlamaqda maraqlı deyil. Bu səbəbdən o, mövsümün sonunda müqavilə ilə məxsus olduğu Bursa klubuna dönəcək.

 

Qeyd edək ki, Ozan Can Kökcünün “Bursaspor”la müqavilə müddəti 2021-ci ilin yayına qədərdi.