[b]Yığmanın məşqçisinə “bayram payı” - istefa[/b]
28.12.2015 - 17:07
[b]Yığmanın məşqçisinə “bayram payı” - istefa[/b]

Anqola yığmasının baş məşqçisi Romeu Filemon istefaya göndərilib. Apasport.az saytı “Reuters”ə istinadən xəbər verir ki, buna Filemonun Milad bayramının sabahkı günü işə gəlməməsi səbəb olub.

 

Məşqçinin özü bu informasiyanı təkzib edərək, Afrika Millət Kubokuna hazırlaşan Anqola yığmasının düşərgəsinə tez qoşulduğunu bildirib. Bundan əlavə, o, 8 aydan çoxdu ki, maaş ala bilmədiyini vurğulayıb.

 

Filemon istefaya göndərilməsi ilə bağlı mətbuat konfransı keçirəcək. O, məhz konfransda işdən qovulmasının əsl səbəbini açıqlamaq fikrindədi.