Almaniya yığmasının baş məşqçisi Yoahim Lövün taleyinə aydınlıq gəlib. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, təcrübəli çalışırıcı daha 2 il Bundestimə rəhbərlik edəcək.
Bu barədə Almaniya Futbol İttifaqının prezidenti Raynhard Qrindel məlumat verib. O bildirib ki, Lövlə əməkdaşlığı davam etdirəcəklər: “Avropa çempionatı kimi ağır turnirdən sonra bir neçə günlük istirahətə çəkildik. Yoxsa Levin gördüyü işə heç vaxt şübhəmiz olmayıb. Ona tam inanırıq. Löv bu komanda üçün ən uyğun məşqçidi. Əminəm ki, Almaniya yığması qarşıdakı 2 ildə də onun rəhbərliyi altında uğurlu çıxış edəcək”.
Qeyd edək ki, Yoahim Löv 2006-cı ildən Almaniya millisinin “sükanı arxası”ndadı.