Avrokuboklar tarixində 5-ci dəfə Azərbaycan klubu rəqib avtoqoluna sevinib. Apasport.az saytının məlumatına görə, bu hadisə Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Qəbələ” – “Panatinaikos” matçına təsadüf edib.
Görüşün 57-ci dəqiqəsində Yunanıstan klubunun futbolçusu Rodriqo Moledo topu öz qapısından keçirib. Bunadək avrokuboklardakı rəqiblərimiz 4 avtoqola üzülmüşdü. Moledo yubiley avtoqolunun müəllifi kimi tarixə düşüb.
Maraqlıdı ki, indiyədək bütün avtoqollar paytaxt klublarının lehinə olmuşdu. 2 dəfə “İnter” (birində “Xəzər Universiteti” adı altında), hərəyə 1 dəfə “Bakı” və “Olimpik” (indiki “Şüvəlan”) buna sevinib.
“Qəbələ” rəqib avtoqolu görən ilk əyalət klubu olub.
Avrokuboklarda rəqib avtoqolları
2004/05 26 iyun. “Xəzər Universiteti” – “Kazino-Breqents” (Avstriya) 2:1 Patrik Pirxer-avtoqol
2007/08 23 iyun. “Bakı” – “Daçiya” (Moldova) 1:1 MaksimAndronik-avtoqol
2011/12 7 iyul. “Minsk” (Belarus) – “Olimpik Şüvəlan” 2:1 Aleksandr Saçivko-avtoqol
2014/15 3 iyul. “Tiraspol” (Moldova) – “İnter” 2:3 Andrey Novikov-avtoqol
2017/18 3 avqust. “Qəbələ” – “Panatinaikos” – 1:2 Rodriqo Moledo-avtoqol