Futzal üzrə Yüksək Liqada XXII turdan təxirə salınmış bir oyun keçiriləcək. Apasport.az saytının Azərbaycan Futzal Federasiyasının feysbuk səhifəsinə istinadən məlumatına görə, “FK. İtaldizain Futsal” ötən turda EKOL-a yenilən “Marafon Futsal”la qarşılaşacaq.
Son oyunda “Neftçi”ni məğlub edərək dördüncü pilləni təmin edən “FK. İtaldizain Futsal”la görüş “Marafon Futsal” üçün böyük önəm daşıyır. Belə ki, mayın 11-də baş tutacaq qarşılaşmada “Marafon Futsal” qələbə qazanacağı təqdirdə, son turun oyunlarının nəticəsindən asılı olmayaraq gümüş medalları təmin edəcək.
Qeyd edək ki, saat 14:00-da start götürəcək oyun “Olimpik Star”da keçiriləcək.