“Millidən yalnız qələbə gözləyirəm. Futbolçularımızın 3 xal qazanmaq üçün əllərindən gələni edəcəklərinə inanıram”. Bunu apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran” klubunun idman direktoru Yunis Hüseynov deyib.
2016-cı il Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində sabah keçiriləcək Azərbaycan – Norveç matçı barədə fikirlərini bölüşən Hüseynovun fikrincə, Skandinaviya təmsilçisini məğlub etmək mümkündü.
“Norveç güclü rəqib olsa da, İngiltərə, İspaniya və ya Almaniya kimi böyük yığmalar səviyyəsində deyil. Komandamız qələbə qazanmaq iqtidarındadı. Skandinaviya futboluna bələdik. Daha çox fiziki futbola üstünlük verirlər. Mən, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Norveçlə görüşünə baxmışdım. Yığmamızın heyətində hamısı azərbaycanlı uşaqlar idi, yaxşı oynamışdılar. İndi əsas komandamızda da legionerlərin olmamağı yaxşı mənada öz təsirini göstərəcək” – deyə, klub rəsmisi bildirib.
Hüseynov millimiz uğur qazanmasının yolunu da göstərib: “1998-ci il mudialının seçmə mərhələsində Norveçlə qarşılaşmışdıq. Həmin oyunlarda mən də çıxış etmişəm. Osloda 0:5 hesabı ilə uduzduq ki, rəqib bu qolların dördünü künc zərbəsindən sonra vurdu. Yəni, biz sabah standart vəziyyətlər zamanı ehtiyatlı olmalıyıq. Bunun qarşısını ala bilsək, qalib gəlmək ehtimalımız böyükdü. Norveç qrupdakı digər rəqibimiz olan Bolqarıstanla eyni səviyyəli komandadı”.
Qeyd edək ki, “Bakcell Arena”da keçiriləcək Azərbaycan – Norveç matçı saat 21:00-da başlayacaq.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı