[b]Yuri Maksimov Ukrayna klubları ilə danışıqlar aparır[/b]
12.05.2018 - 13:58
[b]Yuri Maksimov Ukrayna klubları ilə danışıqlar aparır[/b]

"Keşlə"nin baş məşqçisi Yuri Maksimov Ukrayna Premyer Liqasında çıxış edən klublardan birinin başına keçə bilər. Apasport.az saytının "Ua-footbal"a istinadən məlumatına görə, təxminən bir həftə öncə Kiyevə səfər edən mütəxəssis müxtəlif görüşlər keçirib və Ukrayna çempionatında çıxış edən bir neçə klubun rəsmisi ilə birlikdə görüntülənib. Onun konkret olaraq hansı klublarla danışıqlar apardığı məlum deyil.

 

Mənbə iddia edir ki, Azərbaycan Premyer Liqasında 6-cı pilləni tutan "Keşlə" Maksimovla müqavilə müddətini uzatmağa çalışsa da, Yuri daha yüksək hədəflər uğrunda mübarizə apara biləcəyi Ukrayna klublarından birinin təklifini qəbul etməkdə maraqlıdı. 

 

Maksimov daha öncə ölkəsində Kiyev MOİK-i, "Obolon", "Krivbass" və Donetsk "Metallurq"unu çalışdırıb. Daha sonra isə o, "Mordoviya" və "Taraz"a rəhbərlik edib.

 

Qeyd edək ki, Maksimovun rəhbərliyi altında 14 matça çıxan "Keşlə" 5 qələbə qazanıb, 6 görüşdə bərabərlik qeydə alınıb, 3 oyunda isə komanda məğlubiyətlə barışmalı olub. Həmçinin, "Keşlə" cari mövsümdə Azərbaycan kubokunun finalına yüksəlib.