[b]Zammer “Borussiya”ya qayıdır[/b]
31.03.2018 - 15:42
“Borussiya” əfsanələrindən sayılan Mattias Zammeri geri qaytarır. Apasport.az saytı Almaniya mətbuatına istinadən xəbər verir ki, keçmiş yarımmüdafiəçi Dortmund klubunda məsləhətçi kimi fəaliyyət göstərəcək.
“Borussiya” rəhbərliyi ilə əvvəllər münasibəti qaydasında olmayan Zammer bir müddət “Bavariya”da idman direktoru vəzifəsində işləyib. Lakin bu problem artıq yoluna qoyulub. 51 yaşlı mütəxəssis doğma klubuna qayıtmağa razılıq verib.
Qeyd edək ki, Zammer 2000-2004-cü illərdə “Borussiya”nı çalışdırıb.
0
0