[b]Zarafatcıl Maksimov... Hekayələr, lətifələr[/b]
09.04.2018 - 16:06
[b]Zarafatcıl Maksimov... Hekayələr, lətifələr[/b]

Ukrayna millisinin sabiq futbolçusu Vyaçeslav Çeçer yerli mətbuata müsahibəsində karyerası haqda danışıb. Apasport.az saytı xəbər verir ki, veteran müdafiəçi hazırda “Keşlə”nin “sükanı arxası”nda olan Yuri Maksimovu da yada salıb.

 

Belə ki, “Zarya”nın formasını geyinən 38 yaşlı oyunçu Maksimovu rəhbərliyi altında oynadığı ən şən mütəxəssis hesab edir.

 

Çeçer fikrini belə əsaslandırıb: “Ən şən məşqçi kimi Yuri Maksimovu qeyd edə bilərəm. Onun zarafatlaşmaqdan xoşu gəlirdi. Hekayələr, lətifələr. Komandada yaxşı mühit var idi. Hətta böyük hesablı məğlubiyyətlərdən sonra belə, uşaqları cəsarətləndirir, özlərindən getməyə qoymurdu”.

 

Qeyd edək ki, Vyaçeslav Çeçer 2001-2015-ci illərdə Donetsk “Metallurq”unun formasını geyinib. Yuri Maksimov isə 2012-13 mövsümündə bu klubu çalışdırıb.