[b]Zaur Svanadze nəticədən razıdı[/b]
01.05.2016 - 19:35
[b]Zaur Svanadze nəticədən razıdı[/b]

“Bu cür oyundan sonra danışmaq çətindi. Sevinirəm ki, xalı xilas edə bildik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “İnter”in baş məşqçisi Zaur Svanadze deyib.

 

Topaz Premyer Liqasının XXXII turunda öz meydanında “Sumqayıt”la məhsuldar heç-heçəyə razılaşan “bankirlər”in çalışdırıcısı oyundan sonra bunları deyib: “Oyunun 60 dəqiqəsini azlıqda oynadıq, Xizanişvili zədələndi, Rauf da belə. Çox acıyıram, yazıq uşaq. Sona 4 tur qalıb. Bacardığımız qədər mübarizə aparacağıq”.


- Sezar Meza Kollini Kamran Ağayev qırmızı vərəqə aldıqdan sonra oyundan aldınız. Hücumameylli futbolçunu çıxararkən, şüuraltı olaraq hesabın 1:3 olacağını düşündünüz və böyük hesabla məğlub olmamağı gözünüzün önünə aldınız?
- Xeyr, Sezar da zədəlidi və oyuna tam hazır deyil. Bunu nəzərə alıb, onu əvəzlədik. Əsla məğlubiyyət barədə düşünmürdük. Sadəcə, həmin an ən düzgün addım bu idi.