[b]Zədədən qayıdan milli üzvü meydana çıxdı[/b]
22.12.2017 - 00:01
[b]Zədədən qayıdan milli üzvü meydana çıxdı[/b]

Futbol üzrə Portuqaliya ikinci liqasında (Sequnda) XVIII tur davam edir. Apasport.az saytının məlumatına görə, U-21 millimizin üzvü Budaq Nəsirovun şərəfini qoruduğu “Sportinq”in B komandası da növbəti matçına çıxıb.

 

Sözügedən kollektiv doğma meydanda “Gimarayş B” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlub ayrılıb – 1:2.

 

Meneceri Vaqif Heydərlinin saytımıza verdiyi açıqlamada uzun zamandır zədəli olduğu və artıq sağaldığını söylədiyi milli üzvü matça ehtiyat oyunçular skamyasında başlayıb. Nəsirov 63-cü dəqiqədə komanda yoldaşı Luisi əvəzləyərək meydana daxil olub.

 

Qeyd edək ki, “Sportinq” hazırda 24 xalla 20 klub arasında 12-ci pillədə qərarlaşıb.