Estoniya yığmasının ən dəyərli futbolçularının siyahısı açıqlanıb. Apasport.az saytı yerli mətbuata istinadən xəbər verir ki, siyahıya “Qəbələ”nin futbolçusu Sergey Zenyov başçılıq edir.
Azərbaycan çempionatında 16 oyunda cəmi 1 qol vursa da, Zenyovun transfer qiymətində artım müşahidə olunub. Belə ki, 26 yaşlı futbolçunun dəyəri 730 min avroya yüksəlib.
Zenyovun transfer qiymətinin artması “Qəbələ”nin heyətində Avrokubok matçları, həmçinin Estoniya millisində beynəlxalq görüşlər keçirməsi ilə bağlı olub. Nəticədə təcrübəli hücumçu ölkəsinin ən dəyərli futbolçularının siyahısında liderliyi ələ keçirib.
Zenyovdan sonra ən dəyərli estoniyalı futbolçu isə “Yagelloniya”nın yarımmüdafiəçisi Konstantin Vasilyevdi (640 min avro).
Qeyd edək ki, Zenyov “Qəbələ”yə ötən il Moskva “Torpedo”sundan keçib. O, 2008-ci ildən şərəfini qoruduğu Estoniya millisində 48 oyunda 9 qola imza atıb.
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
- Messi İspaniyada daha bir klub aldı – “Eldense”nin sahibi oldu