[b]Zets qayıtdı, bəs kapitan?[/b]
04.04.2016 - 17:12
[b]Zets qayıtdı, bəs kapitan?[/b]

Topaz Premyer Liqasının XXIX turunda “Sumqayıt”ın qonağı olacaq “Qəbələ” matçın hazırlığına çərşənbə günü start verəcək. Klubdan apasport.az saytına verilən məlumata görə, sabah istirahət edəcək “qırmızı-qaralar” aprelin 6-da Qəbələdə toplaşacaqlar.

 

Doğma meydanda hazırlıq keçəcək Roman Qriqorçukun yetirmələri Sumqayıta aprelin 7-də yollanmaq fikrindədilər.

 

Ötən həftəsonu “İnter”lə qolsuz heç-heçə edən “Qəbələ”də bir futbolçu sıraya dönüb. Söhbət bosniyalı hücumçu Ermin Zetsdən gedir. Sarı vərəqə limitini doldurduğu üçün “bankirlər”lə oyunu buraxan təcrübəli futbolçu cəzasını başa çatdırıb. O, Sumqayıt səfərində komandasına kömək edə biləcək.

 

Zədədən əziyyət çəkən braziliyalı yarımmüdafiəçi Dodonun durumu isə qaranlıq olaraq qalır. Azərbaycana qayıdan “sambaçı” təkrar tibbi müayinədən keçəcək. 29 yaşlı futbolçunun “Sumqayıt”la görüşdə oynayacağı inandırıcı görünmür.

 

Qeyd edək ki, “Sumqayıt” – “Qəbələ” qarşılaşması aprelin 9-da keçiriləcək.