“Real”ın prezidenti Florentino Peres baş məşqçi postuna namizədləri gözdən keçirir. Apasport.az saytının “Yahoo Sports”a istinadən məlumatına görə, namizədlər arasında “Tottenhem”in çalışdırıcısı Maurisio Poçettino önə çıxır.
“Real”ın yerli turnirlərdəki uğursuzluğu səbəbindən, Peres Zidanın mövsüm sonunda göndərilməsi variantını istisna etmir. Digər tərəfdən, “Tottenhem”lə olan müqaviləsini yeniləməyə tələsməyən Poçettinonun da “Real”da çalışmağa müsbət yanaşdığı bildirilir.
“Yahoo” iddia edir ki, rəhbərliyin Zidanla bağlı yekun qərarı Çempionlar Liqasındakı nəticələrdən asılı olacaq.