[b]Zidan İnyesta ilə belə vidalaşdı - FOTO[/b]
07.05.2018 - 10:48
[b]Zidan İnyesta ilə belə vidalaşdı - FOTO[/b]

İspaniya La Liqasının XXXVI turu çərçivəsində “Barselona” və “Real” arasındakı görüş 2:2 hesablı bərabərliklə yekunlaşıb. Oyun katalon klubunun yarımmüdafiəçisi Andres İnyestanın sonuncu “El-Klasiko”su kimi yadda qalıb.

 

Apasport.az saytının “Marca”ya istinadən məlumatına görə, qarşılaşmadan sonra “Real”ın baş məşqçisi Zinədin Zidan İnyesta ilə vidalaşmaq üçün 5 dəqiqə tuneldə gözləyib. İspan futbolçu soyunub-geyinmə otağından çıxdıqdan sonra fransız mütəxəssis onunla sağollaşıb və gələcək karyerasında uğurlar arzu edib. Həmin anlar “Movistar+” kameralarına tuş gəlib.

 

Bir neçə gün öncə Zidan İnyestanın ən azından bir “Qızıl top” qazanmağa layiq olduğunu demişdi.