[b]Zinəddin Zidan istefa verdi[/b]
31.05.2018 - 15:20
[b]Zinəddin Zidan istefa verdi[/b]

Madrid “Real”ının baş məşqçisi Zinəddin Zidan istefa verib. Apasport.az saytının məlumatına görə, fransalı mütəxəssis artıq “kral klubu”nu çalışdırmayacağını açıqlayıb.

 

Zinəddin Zidan “Real”dan ayrılmasının səbəbini belə izah edib: “Real”da davam etməmək qərarına gəldim. Bir az gözlənilməz oldu, ancaq komandanın qələbələri sıralamağa davam etməsi üçün dəyişikliklərə, yeni yanaşmaya və çalışma metoduna ehtiyacı var. Bu səbəbdən də komandadan ayrılmaq qərarı verdim”.

 

Qeyd edək ki, “Real” Zidanın rəhbərliyi altında 3 dəfə Çempionlar Liqası, 1 dəfə La Liqa, 1 dəfə İspaniya Superkuboku, 1 dəfə UEFA Superkuboku və 1 dəfə Klublararası Dünya çempionatının qalibi olub.