[b]"Barselona"nın futbolçusuna ağır cəza[/b]
09.05.2018 - 16:22
İspaniya Futbol Federasiyası "Barselona"nın müdafiəçisi Serji Robertonun cəzasını açıqlayıb. Apasport.az saytının İspaniyanın "Sport" nəşrinə istinadən məlumatına görə, ispaniyalı futbolçu mayın 6-da "Real"la oynanılan görüşün birinci hissəsinin sonlarına yaxın rəqibin müdafiəçisi Marselonun üzünə zərbə endirməsi səbəbindən, 4 oyunluq diskvalifikasiya olunub.
Epizodun ardından 26 yaşlı futbolçu hakim Alexandro Ernandes tərəfindən qırmızı vərəqə ilə cəzalandırılmışdı.
"Barselona"nın apellyasiya müraciəti etməsi üçün 10 gün vaxtı var.
0
0