"Barselona"nın hücumçusu sağaldı
04.10.2014 - 18:50
"Barselona"nın hücumçusu Neymardan şad xəbər. Apasport.az saytının məlumatına görə, braziliyalı futbolçu zədəsini sağaldıb.
22 yaşlı forvard artıq komanda ilə ümumi məşqlərə başlayıb.
Qeyd edək ki, Neymar Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda PSJ ilə matçda zədələnib, sıradan çıxmışdı.
0
0