"Bavariya" bu dəfə türk oyunçunu istəyir
14.04.2015 - 18:31
"Bavariya" bu dəfə türk oyunçunu istəyir

Almaniya Bundesliqasından “Bavariya” və “Volfsburq”un, Türkiyə yığmasının və “Bursaspor”un yarımmüdafiəçisi Ozan Tufanı transfer etmək istədikləri ortaya çıxıb. Apasport.az saytı xəbər verir ki, hər iki klub futbolçu ilə çoxdan bəri maraqlanır.

 

 

Türkiyənin xəbər saytlarına görə, hətta 19 yaşlı oyunçunun meneceri ilə “Bavariya” yetkililəri arasında ilkin görüşün baş tutduğu haqda informasiyalar da var. 

 

Məlumata əsasən, tək almanlar deyil, “Yuventus”, “Atletiko” və “Liverpul” kimi nəhənglər də türk furbolçunu komandalarında görmək üçün hərəkətə keçə bilərlər.