“Real”ın fransalı futbolçusu Kərim Benzema yol polisi tərəfindən saxlanılıb. Apasport.az saytı xəbər verir ki, yol qaydalarını pozduğu üçün ona ağır cərimə kəsiləcək.
Tez-tez bu kimi hallarla gündəmə gələn Benzema bu dəfə Madrid hava limanı yaxınlığında “Rolls-roys” markalı avtomobili ilə qaydaları pozub. Yol polisi 28 yaşlı futbolçunu saxlayanda məlum olub ki, Benzemanın sürücülük vəsiqəsi və maşınının sənədləri üstündə deyil.
Onun əvvəlki qayda pozuntularını da nəzərə alan yol polisi bu dəfə Benzemanı daha ağır cəzalandıracaq. Fransıza 18 min avro civarında cərimə kəsiləcəyi gözlənilir.