[b]"Beşiktaş"dan "Rizəspor"a qədər: 100-cü matç[/b]
17.09.2016 - 21:38
[b]"Beşiktaş"dan "Rizəspor"a qədər: 100-cü matç[/b]

“Qalatasaray”ın hollandiyalı oyunçusu Uesli Sneyder Türkiyə Super Liqasında yubiley matçına çıxıb. Apasport.az saytının məlumatına görə, “Rizəspor”la oyuna start heyətində başlayan hollandiyalı üçün bu, 100-cü qarşılaşma olacaq.

 

Türkiyə çempionatında ilk dəfə 2013-cü ildə yanvarın 27-sində “Beşiktaş”la oyunda debüt edən Sneyder bu günə qədər keçirdiyi 99 oyunda 30 qola imza atıb. Ulduz futbolçu 16 dəfə də məhsuldar ötürmə ilə yadda qalıb.

 

Hollandiyalı “Qalatasaray”da 2 dəfə Liqa çempionuluğunu, 2 Türkiyə Kubokunu, 3 dəfə isə Türkiyə Superkubokunu qazanıb. 

0