"Beşiktaş"dan baş məşqçi açıqlaması
08.04.2015 - 20:43
"Beşiktaş"dan baş məşqçi açıqlaması

Mirça Luçeskunun “Beşiktaş”a baş məşqçi gəlməsi ətrafında yaranan söz-söhbətlərə aydınlıq gətirilib. Apasport.az az saytı klubun rəsmi internet səhifəsinə istinadən xəbər verir ki, bu cür informasiyalar həqiqəti əks etdirmir.

 

Bəyanatda İstanbul klubunun hazırkı çalışdırıcısı Slaven Biliçlə 1 illik müqavilənin olduğu bildirilir: “Azarkeşlərimizin və idman cəmiyyəti, belə informasiyaları etibarlı saymasın.”

 

Qeyd edək ki, Biliç 2013-cü ildən “Beşiktaş”ın baş məşqçisi vəzifəsini daşıyır. Luçesku isə Ukrayna "Şaxtyor"unu çalışdırır.