Topaz Premyer Liqasının XXIX turunun “Xәzәr Lәnkәran” “Neftçi” prinsipial qarşılaşmasından sonra meydandan kənarda gərgin anlar yaşanıb. Apasport.az saytının futbolinfo.az-a istinadən verdiyi məlumata görə, “flaqman”ın paraqvaylı yarımmüdafiәçisi Erik Ramos hərəkətləri ilə meydan sahiblәrinin tәrcümәçisi Elvar Quliyevә әdәbsiz jest edib.
Tәrcümәçi isə bu olaya aydınlıq gәtirib: “Oğuz Çәtinin vaxtında "Neftçi" ilә 2:2 başa çatan oyunda Ramos azarkeşlәrimizә o zaman da әdәbsiz jest göstərmişdi. Ona görә matç başa çatan kimi ona yaxınlaşıb "al payını" vermişdim. İndi o mənə yenә hörmətsizlik etdi".
Qeyd edək ki, son turda iki rəqib arasında görüş 2:2 hesabı ilə nəticələnib.