Böyükağa Hacıyev: Bəs hanı həmin səviyyə?
28.02.2014 - 19:40
Böyükağa Hacıyev: Bəs hanı həmin səviyyə?
“Lənkərandakı qarşılaşmadan sonra müdafiə xəttində ciddi problemlərimiz yarandı. Aparıcı oyunçuların yoxluğunu hiss etdirməmək çox çətindir”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev deyib.

“Ağ-qaralar”ın təcrübəli çalışdırıcısı Topaz Premyer Liqasının XXIV turunun “Qarabağ”la oyunundakı 1:4 hesablı darmadağına şərh verib: “Araz Abdullayevə niyə qırmızı vərəqə verdilər. Xaqani Məmmədov hakimliyin səviyyəsindən danışır. Bəs hanı həmin səviyyə? “Neftçi”ni belə, uduzan komanda kimi görmək istəyirlər. Komandamızı 6-7-ci yerlərdə görmək istəyirlər. “Qarabağ”ı qələbə münasibətilə təbrik edirəm. Qoy çempion olub. Avrokuboklarda “Neftçi”nin imza atdığı uğurları təkrarlasın”.