Çexiya yığmasının qapıçısı Petr Çexin yayda “Çelsi” ilə vidalaşağı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, London klubunun rəhbərliyi 33 yaşlı qolkiperə başqa klublarla danışıq aparmağa icazə verib.
“Zadəganlar”ın baş məşqçisi Joze Mourinyo Çexin komandada qalmasını istəsə də, ona əsas qapıçı kimi baxmır. Tibo Kurtua ilə rəqabətdə uduzan çexiyalı isə bununla barışmaq fikrində deyil. Elə bu səbəbdən də Çex mövsümün sonunda komandasını dəyişmək qərarına gəlib.
Onunla Avropanın bir çox klubları yaxından maraqlansa da, Çexin PSJ-yə keçmək ehtimalı yüksək dəyərləndirilir.
Qeyd edək ki, 2004-cü ildən “Çelsi”nin formasını geyinən Çex hazırkı komandasında bu vaxta qədər 485 oyun keçirib.